İQTİSADİYYAT

Avro və rubl ucuzlaşdı – SON DƏQİQƏ

Oktyabr ayının 30-da, “qara bazar”da dolların məzənnəsi məlum olub.

Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.6900 manat, satışı isə 1.7000 manat olaraq qalıb.

Dollardan fərqli olaraq avronun rəsmi məzənnəsinin aşağı düşməsi, “qara bazar”a da təsirsiz ötüşməyib. Avronun alışı 1.98 manatdan 1.97 manata, satışı isə 2.00 manatdan 1.99 manata düşüb.

Hələlik ən kəskin eniş Rus rublunda müşahidə edilir. Rublun alışı 2.90 qəpikdən 2.87 qəpiyə, satışı isə 2.92 qəpikdən 2.90 qəpiyə qədər düşüb. Başqa sözlə, rubl son bir neçə gündə 0,6-1% civarında ucuzlaşıb.

Paylaş:
Загрузка...