İQTİSADİYYAT Xüsusi

Azərbaycanda idxal rüsumları artırılacaq

«Bu gün gömrük dərəcələrində pillələrin aşağı salınması məsələsinə baxılır».

Panorama.Az Report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, hazırda mövcud olan beşpilləli sistem aradan qaldırılacaq: «Təbii ki, son qərarı hökumət verəcək. Həmçinin, yerli istehsal üçün tələb olunan xammalın idxal rüsumlarının azaldılması məsələsinə də baxılacaq. Ölkədə istehsal olunan məsulların idxal dərəcələrinin 10-15 dərəcəyə qaldırılması normal haldır. Biz bununla daxili istehsalı qorumağa çalışırıq».

DGK sədri aksiz dərəcələrinin ölkədə qiymət artımına səbəb olacağı ilə bağlı yayılan məsələlərə də toxunub: «Burada aksiz dərəcəsinin böyük miqdarda artırılmasından söhbət getmir».

Bununla yanaşı, A.Əliyev qeyd edib ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində gömrük daxilolmaları 2,430 mlrd. manat həcmində nəzərdə tutulur. Bu isə cari ilin analoji büdcə proqnozundan 180 mln. manat və ya 8% artıqdır.

Komitə sədri DGK xətti ilə toplanan cari daxilolmaların məbləğini də açıqlayıb: «Bu gün səhərə olan məlumata görə, komitə tərəfindən 2,130 mlrd. manat vəsait toplanaraq büdcəyə köçürülüb. Gələn ilə nikbin baxırıq».

Paylaş:
Загрузка...