İQTİSADİYYAT

Azərbaycanın iki böyük supermarketlər şəbəkəsi birləşdi

Azərbaycanın iki böyük supermarketlər şəbəkəsi — «Araz» və «Favorit» birləşib.

«Qaynarinfo» xəbər verir ki, bu barədə «Araz Supermarket» şəbəkəsinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev məlumat yayıb.

O, bildirib ki, sözügedən birləşmə ölkə iqtisadiyyatında bazarın bu sektorunun inkişafına xidmət etməklə yanaşı, tədarükçülərlə istehlakçılar arasında körpü rolunu oynayaraq, müştəri məmnuniyyətinin, supermarket mədəniyyətinin daha da yüksəldilməsinə müsbət təsir göstərəcək:

«Dünya təcürbəsinə istinad edərək söyləyə bilərik ki, bu cür birləşmələr pərakəndə sektorun inkişafına səbəb olur. Pərakəndə sektorun inkişafı öz növbəsində yerli istehsalın artmasında mühüm rol oynayır. Yerli istehsal sektorunun inkişafı isə ölkə iqtisadiyyatının əsas təkan verici qüvvəsi hesab olunur».

Qeyd edək ki, «Favorit-Market» 2008″, «Araz Supermarket»i 2011-ci ildə fəaliyyətə başlayıb.

Paylaş:
Загрузка...