İQTİSADİYYAT

Azərbaycanlı milyerder həbs olunur

Moskva məhkəməsi tanınmış iş adamının həbsi barədə qərar verib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə biznesmenin vəkili İnterfaks nəşrinə bildirib.

“Çerkizov” bazarının keçmiş sahib Telman İsmayılov iki və daha çox qətlin təşkilində, həmçinin qeyri-qanuni silah dövriyyəsində ittiham olunur. Biznesmen beynəlxalq axtarışa verilib.

Onun vəkilinin sözlərinə görə, məhkəmə həbs barədə qərarı oktyabrın 30-da çıxarıb. Qərardan apellyasiya şikayəti verilib.

Sentyabr ayında İsmayılovun evində axtarışlar aparılıb. Biznesmen özü və onun ailə üzvləri iş adamları Vladimir Savkin və Yuri Brilyovun qətlinin təşkilində şübhəli bilinirlər.

Rosbalt nəşrinin məlumatına əsasən, Telman İsmayılovun səkkiz sifarişli qətli törədən qruplaşma ilə əlaqəli olduğu ehtimal edilir. Biznesmenə qarşı ifadəni qruplaşmanın üzvlərindən biri Qarri Beloçerkovski verib. Onun sözlərinə görə, qruplaşma Moskvanın Şimal İnzibati Dairəsində yerləşən ticarət mərkəzləri ilə bağlı olan iş adamlarını öldürüb.

Telman İsmayılovun qardaşı Rafiq 2016-cı ildə Savkin və Brilyovu qətlə yetirməkdə ittiham olunur. Hazırda o, həbsdədir. İş adamının digər qardaşı Vaqif İsmayılov axtarışa verilib.

Xatırladaq ki, “Çerkizov” bazarı 2009-cu ildə bağlanıb. Telman İsmayılov bundan sonra aktivlərini sataraq Rusiyanı tərk edib. 2017-ci ildə məhkəmə onu müflis elan edib.

Paylaş:
Загрузка...