İQTİSADİYYAT Xüsusi

Bakıdakı bu bina 414 milyon dollara tikildi

SOCAR-ın yeni inzibati binasının («SOCAR Tower») tikintisinə çəkilən xərcin məbləği açıqlanıb.

«APA-Economics» xəbər verir ki, layihənin podratçısı olan «Tekfen» şirkəti binanın tikintisinin 414 mln. 237,659 min dollara başa gəldiyini açıqlayıb.

2017-ci ilin sentyabrın 15-nə «SOCAR Tower»də işlərin 99,2%-i başa çatıb. «Tekfen» bildirir ki, hazırda binada 3 mln. 286,310 min manat məbləğində dəyərləndirilən iş qalıb.

«SOCAR Tower» Koreyanın «Heerim Architects & Planners Co. Ltd» şirkəti tərəfindən təqdim olunan «Külək-alov» konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən 5 il ərzində ərsəyə gəlib. «SOCAR Tower» beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.

Paylaş:
Загрузка...