İQTİSADİYYAT

Bakıdan Gəncəyə qatarla 4 saata getmək mümkün olacaq

Növbəti il Bakıdan Gəncəyə sürət qatarının fəaliyyətə başlaması nəzərdə tutulub. Qatarın paytaxtdan Gəncəyə təxminən 4 saata çatacağı hesablanıb.

Bunu «Azərbaycan Dəmir Yolları» QSC-nin sədri Cavid Qurbanov deyib.

«Bu istiqamətdə gediş haqqının 10-14 dollar və ya təqribən 20 manat olması nəzərdə tutulub. Həmçinin, bu istiqamətdə hərəkət edəcək qatarlar sərnişinlərin bütün zəruri ehtiyacları və rahatlığı üçün lazımi şəraitlə təmin olunacaq»,- deyə C.Qurbanov əlavə edib.

Paylaş:
Загрузка...