İQTİSADİYYAT

Bakının ən çox və ən az əməkhaqqı olan rayonları – SİYAHI

Bu ilin yanvar-oktyabr aylarında Bakı şəhəri üzrə siyahı tərkibində olan işçilərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7151 nəfər artaraq 695583 nəfər olub.

Bakı şəhər Statistika İdarəsindən Panorama.az-a verilən məlumata görə, hesabat dövründə əvvəlki ilin müvafiq dövrünə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsi 6,7% artaraq 782,9 manat olub.

Hesabat dövrü üzrə siyahı tərkibində olan işçilərin sayı və işçilərin orta aylıq nominal əməkhaqqının səviyyəsinin dəyişməsi aşağıdakı kimi xarakterizə olunur:

 

 

2017-ci ilin yanvar-oktyabr aylarında siyahı tərkibində olan işçilərin sayı (nəfərlə)

2017-ci ilin yanvar-oktyabr  aylarında orta aylıq nominal əmək haqqı (manat)

Bakı şəhəri — cəmi *)

  695 583

782,9

  Rayonlar
Səbail

114 171

1 490,3

Pirallahı

7 716

1 379,6

Qaradağ

25 198

956,8

Xətai

62 480

831,1

Nizami

44 672

668,9

Yasamal

104 432

645,7

Xəzər

29 506

644,9

Nəsimi

152 509

614,8

Suraxanı

19 371

572,6

Nərimanov

64 699

519,6

Sabunçu

27 379

484,7

Binəqədi

43 450

430,3

Paylaş:
Загрузка...