İQTİSADİYYAT

«Bitcoin» Rusiyada qadağan olunur

Virtual pul vahidi «Eteryum»u  öz pul vahidi halına gətirməyə çalışan Rusiyadan gözlənilməz açıqlama verilib. 

«Marja» xəbər verir ki, Rusiya Mərkəzi Bankı Sədrinin Birinci Müavini Sergey Şvetsov, Rusiyanın «Bitcoin»in alınıb-satıldığı internet saytlarına girişi məhdudlaşdıracağını deyib.

Şvetsov etdiyi açıqlamada, «Fərdi investorların bu cür müəmmalı alətlərə birbaşa və asanlıqla daxilolmalarına imkan verə bilmərik» deyə bildirib.

Kripto pul vahidi «Bitcoin» bu dəqiqələrdə 0,89 faiz artımla 4815,28 dollardan, «Ethereum» isə 0,18 faiz azalma ilə 296,44 dollardan ticarət olunur.

Dünyanın ən böyük virtual pul vahidi  «Bitcoin», «Eteryum»un ən böyük rəqibidir.

Paylaş:
Загрузка...