İQTİSADİYYAT

«Bizdə qiymətlər qalxdısa, enməsi mümkün deyil» — Yevda Abramov

“Bizdə qiymətlər qalxdısa, enməsi mümkün deyil”

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Yevda Abramov deyib.

2018-ci ilin büdcə zərfinin davam etdirilən müzakirəsi zamanı çıxış edən millət vəkili fikrini qiymət artımın yönəldib:

“Hökumət iş görsə də, yenə də qiymətlərə nəzarət lazımdır. Qazaxıstan və digər ölkələrdə hökumət strateji ərzaq məhsullarını nəzarətə götürərək ən son həddi müəyyənləşdirib. Təəssüf ki, Azərbaycanda belə bir təcrübə yoxdur. Neftin qiyməti baha olanda da qalxan qiymətlər dəyişmir, ucuz olanda da. Bizdə qiymətlər qalxdısa, enməsi mümkün deyil”

Paylaş:
Загрузка...