İQTİSADİYYAT

Bolqarıstan hökuməti SOCAR-la danışıqlara başladı

Bolqarıstanın «Bulgartransgas» şirkəti SOCAR-la danışıqlara başlayıb.

Panorama.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Bolqarıstanın energetika nazirinin müavini Jeço Stankov bildirib.

Onun sözlərinə görə, Bolqarıstan yeni yaradılacaq Balkan qaz habı üçün Azərbaycan qazını tədarük etmək niyyətindədir.

«SOCAR-la apardığımız danışıqlarda tədarük olunacaq qazın həcmini müzakirə edirik. Hələliksə hər şey ilkin mərhələdədir. Söhbət» Şahdəniz» yatağından hasil olunan qazdan gedir», — deyə nazir müavini bildirib.

Paylaş:
Загрузка...