İQTİSADİYYAT

Bu ölkədə dollar bahalaşdı

Texnologiya şirkətlərinin səhmləri, Amazon.com Inc. və Alphabet Inc.-ın proqnozlardan çox gəlir və mənfəət rəqəmləri açıqlamalarından sonra yüksəlib. Nasdaq 100 İndeksi, ötən ilin Mart ayından bu yana ən kəskin yüksəlişini həyata keçirib.

«Marja» xəbər verir ki, Standard & Poor’s 500 (S&P 500) İndeksi rekord yeniləyib, Dollar ABŞ iqtisadiyyatının qasırğaların yaratdığı mənfi təsirlərə baxmayaraq ilin üçüncü rübündə gözləntilərin üzərində artım qeyd etməsilə bahalaşıb.  İstiqrazlar, Fed-in növbəti sədrinin «şahin» istiqamətli olacağı spekulyasiyası ilə güclənib.

Analitiklər bildirilər ki, son dövrdəki göstəricilər olduqca yaxşıdır. ABŞ iqtisadiyyatı 2 rübdür ardıcıl 3% və bu səviyyənin üzərində artır. Çoxdandır belə vəziyyət yaşanmırdı.

ABŞ-da Nümayəndələr Palatasının Respublikaçı üzvləri, vergi güzəştlərinin önündəki maneəni qaldırıblar. Fed sədri yarışında Janet Yellenin yerini alacaq namizədin Jerome Pauell olduğu iddia edilir. İqtisadi artımı dəstəkləyəcəyi hesab edilən vergi güzəştlərinin qüvvəyə minəcəyi və -başına «şahin» mövqeli birinin gələcəyi gözləntisi, investorlar üçün ABŞ aktivlərinin cazibəsini artırır.

Qərbi Texas nefti (WTI), təxminən altı ayın zirvəsinə yüksələrək 54 dolları, Brent nefti isə, 2015-ci ilin İyul ayından bu yana ilk dəfə 60 dollar səviyyəsini keçib.

Paylaş:
Загрузка...