İQTİSADİYYAT

Bu şirkət işçi axtarır — 500 AZN maaş

Technoil LLC Keyfiyyətə nəzarət üzrə Mütəxəssis (Sumqayıt)

Tələblər:

— Ali təhsil (Standartlaşdırma və ya texniki sahələrdə keyfiyyətə nəzarət ixtisası üzrə)
— Bu sahə üzrə 2-3 il təcrübə,
— İSO standart tələblərini bilməli,
— İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
— Daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli,
— Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir,
— Sürücülük vəsiqəsi olmalı,
— Yaş həddi 25 və yuxarı.

Vəzifələr:

— Yerinə yetirilən işlər üzrə qanunverici və normativ-hüquqi sənədlərinın hazırlanması,
— Daxili əmək nizamı qaydalarına nəzarət,
— İş prosesində keyfiyyətinin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
— Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək,
— Keçirilmiş daxili auidit üzrə hesabatların hazırlanmasında iştirak etmək,
— Rəhbərlik tərəfindən KMS-in analizi üçün zəruri olan məlumatın yığılması və sistemləşdirilməsi işində iştirak etmək,
— Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq istehsal prosesinin keyfiyyətinə nəzarət üzrə işdə iştirak etmək,
— İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması.

İş şəraiti:

Həftə içi 6 gün.
09:00-dan — 18-00-dək
Nahar şirkət tərəfindən verilir.

Əmək haqqı 400-500 AZN

E-mail: cv@technol.az

Paylaş:
Загрузка...