İQTİSADİYYAT

Diqqət: Bu yol 4 gün bağlı olacaq

Sabahdan Binəqədi rayonunda Balaxanı-Binəqədi avtomobil yolunun kəsişməsindən Mehdiabad-Digah yolunun kəsişməsinədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

«Azəravtoyol» ASC-nin mətbuat xidmətindən Oxu.Az-a daxil olan məlumata görə, bu, aparılacaq təmir işləri ilə əlaqədar olaraq tətbiq ediləcək.

«Sözügedən avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək, yəni 4 gün, avqust ayının 19-na kimi qüvvədə olacaq. Sürücülərə alternativ yol kimi Zabrat-Məhəmmədi-Pirşağı avtomobil yolundan istifadə tövsiyə edilir», — deyə məlumatda əlavə olunub.

Paylaş:
Загрузка...