İQTİSADİYYAT

Dolları olanlar DİQQƏT: Mühüm qərar verilə bilər

ABŞ Federal Ehtiyat Sistemi (FES) bir neçə ay ərzində yenidən uçot dərəcəsini 0%-ə endirə və monetar ekspansiyaya başlaya bilər.

Panorama.Az Report-a istinadən xəbər verir ki, bu proqnozla Almaniyanın nüfuzlu «Deutsche Bank»ı çıxış edib.

Qeyd edək ki, hazırda ABŞ-da uçot dərəcəsi 1,25%-ə bərabərdir. 2008-ci ilin dekabr ayında başlayan monetar ekspansiya proqramı isə 4 mərhələ şəklində davam edib və 2014-cü ilin fevralında tamamlanıb. Nəticədə FES öz balansında 4,5 trln. dollardan çox istiqraz toplayıb.

«Deutsche Bank»a görə, ABŞ-da resessiya təhlükəsi hazırda son 10 ilin maksimal səviyyəsinə yüksəlib. Bank bildirib ki, ABŞ iqtisadiyyatı hələ «Harvey» və «İrma» qasırğasından əvvəl durğunluq mərhələsinə qədəm qoyub: «İşsizliyin azalmasına baxmayaraq, baza inflyasiya artmır, amma iş saatının müddəti yüksəlir. Bu da resessiya riskinin artdığını göstərir. Kommersiya və sənaye sektorunda kreditləşmə göstəricisində artım iyul ayında 13%-dən 1,6%-ə geriləyib. Bu da resessiyanın yaxınlaşdığını göstərir».

Paylaş:
Загрузка...