İQTİSADİYYAT

Fermalar bağlanır, məhsullar satışdan çıxarılır — «Zəhərli» yumurta böhranı

Almaniyada «Aldi» marketlər şəbəkəsinin avqust ayının əvvəlində Hollandiyadan gələn yumurtaları rəflərdən yığışdırması ilə Avropada yumurta böhranı başlayıb.

«Marja» xəbər verir ki, böhranın səbəbi Hollandiyanın ferma təmizlik şirkəti «Chickfriend»ın Belçikanın həşərat dərmanları şirkəti «Poultry Vision»dan aldığı Fipronil tərkibli dərmanları yumurta fermalarında istifadə etməsidir.

Belçika, Hollandiya və Almaniyadakı marketlər də milyonlarla yumurtanı rəflərdən yığışdırıb.

İngiltərənin supermarket şəbəkələri «Sainsbury’s», «Morrisons», «Waitrose» və «Asda» Hollandiyadan idxal yumurtaları ehtiva edən sendviç və salatların satışını dayandırıb.

Oxşar tədbirlərin Hollandiyada istehsal edilmiş mayonez, dondurma kimi yumurta tərkibli digər ərzaq məhsulları üçün də görüləcəyi gözlənilir.

«Chickfriend» və «Poultry Vision»də istintaq aparılır. «Poultry Vision» «Chickfrien»da məhsul satdığını təsdiqləyib. Bu şirkətlər ilə əlaqəli olduğu müəyyən edilən 100-dən çox ferma bağlanılıb.

Belçika, Hollandiya, Almaniya və Fransadakı yumurta təsərrüfatlarında istehsal edilən Fipronilli yumurtaların; Fransa, Almaniya, Birləşmiş Krallıq, İrlandiya, Belçila, Hollandiya, İspaniya, İsveç, Avstraliya, İtaliya, İsveçrə, Rumıniya, Polşa, Lüxemburg, Danimarka, Slovakiya, Sloveniya və Honq Konqda satıldığı aşkar edilib.

İngiltərədə 700 min, Almaniyada 10.7 milyon, Hollandiyada 10 milyon və Fransada 244 min «zəhərli» yumurta olduğu bildirilir.

Paylaş:
Загрузка...