İQTİSADİYYAT

İlham Əliyev sahibkarları yenə sevindirdi

Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 31 oktyabr tarixli 845-VQD nömrəli qanunun tətbiqi və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.

GoldNews.Az xəbər verir ki, dəyişikliklərə əsasən, fərmana aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilir:

“1.2-1. həmin Qanunun 2.1-ci maddəsinin birinci cümləsində (birinci halda) müvafiq icra hakimiyyəti orqanı dedikdə dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi ilə bağlı yoxlamalara münasibətdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalara münasibətdə isə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi nəzərdə tutulur;”;

Beləliklə, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək uzadılır.

Paylaş:
Загрузка...