İQTİSADİYYAT

İşsizlər DİQQƏT: 1800 manat maaşla işçi axtarılır

«Group Motors» şirkəti «Ehtiyat hissləri üzrə menecer» vakansiyası üzrə iş elanı verib.

İş barədə məlumat

 

— Müştərilər üçün düzgün ehtiyat hissələrinin anbarda olmasından əmin olmaq, sifariş zamanı düzgün analiz aparmaq və dövriyyədə olan boş vəsaiti minimuma çatdırmaq
— Departamentdə iş gedişatını analiz etməli və lazımi yerlərdə işə müdaxilə edib vaxtında tamamlanmasına köməklik göstərmək
— Müştəri razılığına və loyallığına nail olmaq üçün bütün lazımi vasitələrdən istifadə etməlidir, anbarda olan ehtiyat hissələrinin və aksessuarların sərfiyyatını izləməli və anbarda «ölü hissələr»i minimuma salmaqxidmətə nəzarət etmək
— Xidmət ilə bağlı statistik hesabatlar hazırlamaq
— Gündəlik iş şəraitində etik standartlara riayət olunmasına nəzarət etmək
— Departamentin maliyyə durumunu analiz etmək, planlaşdırmaq və qoyulan hədəflərə nail olmaq
— Servisin daxili, zəmanət və müştəri ehtiyaclarına nəzarət edən sistemin yaradılmasında və inkişafında köməklik etmək
— Texniki məsələləri — kleimləri, zəmanət işlərini, kompyuter sistemlərini, proses və proseduraları, ehtiyat hissələrinin saxlanma və qəbulu qaydalarını və s. daima nəzarətdə saxlamalı, yoxlamalı və təkmilləşdirməli
— Kompüterdən istifadə edərək gündəlik əməliyyatlara nəzarət etmək
— Ehtiyat hissələri sisteminin düzgün işləməsindən və məlumatların doğruluğundan əmin olmaq
— Şöbədə təmiz və professional mühit yaratmalıdır
— Ehtiyat hissələri şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək
— Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək
— Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələri icra etmək
— Şirkətin mənafeyinin qorumaq, şirkətə, onun müştərilərinə aid olan məxfi məlumatları, sənədlərin (kommersiya sirri) üçüncü şəxslərə açmamaq
— İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq
— Rəhbərlik tərəfindən verilən tapşırığı tam və vaxtında yerinə yetirilməsi
— İşində intizamlı, müştəri ilə mehriban və gülərüz olmaq
— Korporativ etikaya riayət etmək və şirkətin tələblərinə cavab vermək
— İş saatı: I — VI günlər, 09:00-dan 18:00-dək

Namizədə tələblər

 

— Yaş: 22-40
— Ali təhsil
— Ehtiyyat hissələri sahəsində minimum 5 il iş təcrübəsi
— MS Office proqramlarında işləmə bacarığı, EPC işləmə bacarığı
— Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür
— Analitik təhlil bacarığı, fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı, fəal və işə planlı yanaşma bacarığı
— Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır
— Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı
— Stress altında işləmə qabiliyyəti
— Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti
— Fəal və işə planlı yanaşma

Telefon — (012) 349-00-00
E-mail — hr@groupmotors.a

Paylaş:
Загрузка...