İQTİSADİYYAT

Prezidentdən 8,9 milyon manatlıq SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Panorama.az xəbər verir ki, Sərəncama əsasən 23 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi məqsədilə 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,9 milyon manatı «Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

 

Paylaş:
Загрузка...