İQTİSADİYYAT

Prezidentdən sərəncam — Bu işçilərin əmək haqları artırıldı

Prezident İlham Əliyev «Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. 
BakuPost.az-ın məlumatına görə, sərəncama əsasən «İnzibati vəzifələrin təsnifatı üzrə:” hissəsinin «Yeddinci təsnifat” bəndinə «Yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində:” yarımbəndindən əvvəl aşağıdakı məzmunda yarımbənd əlavə edilib.
Gəncə və Sumqayıt icra hakimiyyəti başçılarının yanında olan orqanlarda:
rəhbər 365
rəhbərin müavini 345
sektor müdiri, baş mühasib 315
baş məsləhətçi 290
böyük məsləhətçi 285
aparıcı məsləhətçi 280
məsləhətçi 275
«Yardımçı vəzifələrin təsnifatı üzrə:” hissəsinin «Dördüncü təsnifat” bəndinin birinci abzasına üçüncü halda «bölmələrində,” sözündən sonra «yerli icra hakimiyyəti başçısının yanında olan orqanlarda,” sözləri əlavə edilib.
Paylaş:
Загрузка...