İQTİSADİYYAT

«Qazprom» Azərbaycanda nümayəndəlik açır

«Qazprom» şirkətinin Direktorlar Şurası oktyabrın 2-də qiyabi şəkildə Azərbaycanda nümayəndəliyin açılmasını razılaşdıracaq.

 

«APA-Economics» «Interfax» agentliyinə istinadən xəbər verir ki, «Qazprom» 2000-ci ildən 2006-cı ilədək Azərbaycana qaz nəql edib. Lakin bundan sonra «Şahdəniz» yatağının işə düşməsi ilə əlaqədar nəql dayandırılıb.
2010-cu ildən etibarən Azərbaycan Rusiyaya qaz nəqlinə başlayıb. Nəql olunan qaz Dağıstanın «mavi yanacaq»la təchiz olunması üçün istifadə olunub. 2013-cü və 2014-cü illərdə təmir işləri ilə əlaqədar nəql bir neçə dəfə dayandırılıb. 2015-ci ildə isə nəql olmayıb. Həmin il «AzMeCo» şirkəti Rusiyadan qaz idxal etmək istəyib. Danışıqlar «Qazprom» və SOCAR arasında aparılıb.

Paylaş:
Загрузка...