İQTİSADİYYAT

Ramiz Həsənov benzinin keyfiyyəti haqda: «Ciddi şikayətlər yoxdur»

«Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı elə də ciddi şikayətlər yoxdur».

Virtualaz.org xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov deyib.

«Bilirsiniz ki, ölkəyə idxal edilən benzin avro standartlarına cavab verir. Ona görə də şikayətlər o qədər də çox deyil. Doğrudur, avro-4 və avro-5 standartlarına uyğun benzinlər köhnə maşınlara vurulanda problem yaradır. Amma bu sahədə də ciddi şikayətlər yoxdur», — o qeyd edib.

Bununla belə, R.Həsənovun sözlərinə görə, benzinlə bağlı rəhbərlik etdiyi komitəyə ara-sıra daxil olan şikayətlər araşdırılır.

Komitə sədri satışda olan saxta məktəbli geyimləri barədə də danışıb və deyib ki, buna qarşı mübarizə aparılır.

Paylaş:
Загрузка...