İQTİSADİYYAT

Yüksək maaşla işçi axtarılır

“ABB” ASC İnsan Resurslarının İdarəedilməsi Departamentinə əmək haqqının hesablanması üzrə aparıcı mütəxəssis vəzifəsinə vakansiya elan edir. Fins.az xəbər verir ki, iqtisadiyyat, maliyyə, mühasibatlıq sahəsində ali təhsilli, MC Office proqramlarını bilən namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. Son müraciət tarixi iyun ayının 19-dur.
Vəzifə öhdəlikləri:
— Baş ofisdə və filiallarda əməkdaşların gündəlik iş vaxtından istifadəyə nəzarətin edilməsi;
— Bankın işçilərinin aylıq əmək haqqının hesablanması;
— Bankın işçilərinə verilən bonus və digər mükafat və ödənişlərin hesablanması;
— Bank işçilərinin məzuniyyət haqlarının, kompensasiyaların, son haqq-hesabların hesablanması və ödənilməsi;
— DSMF-na təqdim edilən hesabatların hazırlanması;
— Gəlir vergisi üzrə məlumatların hazırlanması;
— Ezamiyyə ödənişlərinin hesablanması;
— Digər gündəlik əmək haqqı əməliyyatların yerinə yetirilməsi;
— DSMF-na aylıq hesabatın təqdim olunması;
— İşçilərin əmək haqqlarından tutulmaları həyata keçirilməsi;
— Tələb olunan hesabatların və formaların doldurulmasının təmin edilməsi;
Namizədə tələblər:
— İqtisadiyyat, maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
— Microsoft Office (Word, Excel, Power Point) proqramları ilə sərbəst işləmək bacarığı;
— İşçi heyəti ilə işləmək bacarığına malik olmalı;
— Filiallarda müsahibatlıq sahəsində çalışan əməkdaşlara üstünlük veriləcəkdir;
Əlavə səriştə və fərdi keyfiyyətlər:
Sahə üzrə bilik və bacarıqlar:
— Mərkəzi Bank və Banklar haqqında qanun, Mülki Məcəllə, Vergi Məcəlləsi, Əmək Məcəlləsini bilmək;
Şəxsi keyfiyyətlər:
— Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
— Təşəbbüskarlıq, təzyiqə davamlılıq, komandanı həvəsləndirmək kimi qabiliyyətlərə sahib olmaq;
— Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
— Əla ünsiyyət qurma bacarıqlı, yaxşı komanda üzvü, səmimi şəxsiyyət olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “əmək haqqının hesablanması üzrə aparıcı mütəxəssis” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az

Paylaş:
Загрузка...