CƏMİYYƏT XƏBƏRLƏR

Astan Şahverdiyev: «Prezident mənə görə bu sərəncamı verib, yaxşı edib…»

Son zamanlar Azərbaycanda bəzi millət vəkillərinin fikirləri qalmaqal yaradır.

Buna səbəb isə onların qeyri-etik sözlərdən istifadə etməsi göstərilir.

Hələ bu ilin aprel ayında Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə keçirilən iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunmuşdu.

Yeni hazırlanmış qanun layihəsində deputatlar üçün bəzi qadağalar nəzərdə tutuldu. Belə ki, Azərbaycan Milli Məclisinin iclası zamanı deputatın digər həmkarının yerinə səs verməsi, çıxış zamanı münaqişə yaratması, gündəlikdən kənar mövzuda danışması və s. bir neçə məsələ qadağan edilir.
Ötən gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 766 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.
 A24.az olaraq yeni hazırlanmış qanun layihəsi ilə bağlı millət vəkili Astan Şahverdiyevlə açıqlama aldıq.
O, bu haqda danışmayacağını lakin qanunu dəstəklədiyini bildirib.
“Cənab prezident sərəncam veribsə, mütləq yerinə yetirilməlidir. Bu məsələ haqda başqa bir fikir bildirmək istəmirəm. Danışmağa halım da yoxdur. Bilirəm ki, o qanunun imzalanmasında mənim də payım var. Buna görə də prezident İlham Əliyevi alqışlayıram və yaxşı edib sərəncam imzalayıb. “
Paylaş:
Загрузка...