XƏBƏRLƏR

Azərbaycanın müdafiə naziri Rusiyaya getdi

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 11-də Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqunun dəvəti ilə Moskva şəhərinə səfərə gedib.

Bu barədə «Report»a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov “Beynəlxalq ordu oyunları — 2017” yarışlarının rəsmi bağlanış mərasimində iştirak edəcək.

Paylaş:
Загрузка...