CƏMİYYƏT XƏBƏRLƏR

Baki Autizm İdman Klubunun üzvləri Neftçi PFK-nın təlim məşq bazasında qonaq olublar

Klubdan Panorama.az-a verilən məlumata görə, təlim məşq bazasına gələn autizmli gənc və uşaqlar Neftçi klubunun üzvləri ilə birlikdə məşq ediblər.

Bakı Autizm İdman və Yaşam Klubunun direktoru Elnur Məmmədov dəvətə görə Neftçi klubunun üzvlərinə və rəhbərliyə təşəkkür edib: «Bu uşaqları uşaqları unutmadıqlarına, bizi bura dəvət etdiklərinə görə, başda Neftçi klubunun rəhbərliyi olmaqla, hamıya təşəkkür edirəm. Autizmli uşaqlar da cəmiyyətin bir üzvüdür. Onları unutmaq və xəstə adlandırmaq olmaz. Biz klubumuzda bu uşaqlara idman vərdişləri aşılamaqla yanaşı, onlara həm də mənəvi dəstək oluruq», — deyə E.Məmmədov əlavə edib.

Paylaş:
Загрузка...