CƏMİYYƏT XƏBƏRLƏR

Bakı Autizm İdman və Yaşam Klubunda daha bir YENİLİK

  1. Bakı Autizm İdman və Yaşam Klubunda təlim alan autizm sindromlu gənc və uşaqlara artıq boccia dərsləri keçirilir. Boccia idman növü üzrə dərslər peşəkarlar tərəfindən uşaqlara öyrədilir. Boccia dərsləri autizmli uşaqlarda əl-göz koordinasiyası, qavrama, gözləmə, yaradıcılıq, təfəkkür, təxəyyülün daha yaxşı inkişaf etməsinə yardımçı olur. Bakı Autizm İdman və Yaşam Klubu xüsusi olaraq bu idman növünü (Boccia) yaxşı mənimsəyən uşaqları yarışlara cəlb etməyi planlaşdırır.
Paylaş:
Загрузка...