CƏMİYYƏT XƏBƏRLƏR

Bakıda güclü yanğın başladı

Bakının Sabunçu rayonunda Maştağa qəsəbəsində güclü yanğın başlayıb.

BakuPost.az-ın hadisə yerində olan əməkdaşının sözlərinə görə, yanğın qəsəbədəki maşın təmiri sexlərindən birində qeydə alınıb. Belə ki, sexdə təmir üçün saxlanılmış 10 GA 462 dövlət nömrə nişanlı VAZ 21 07 markalı avtomobil qəfildən alışıb. Yanğın güclü olduğundan sexə yaxın yerləşən evlərdən birinə də sıçrayıb.

Əməkdaşımızın sözlərinə görə, sex ərazidəki evlərə çox yaxın yerləşir. Evlər isə bir-birinə sıx şəkildə tikilib. Yanğın tez bir zamanda söndürülməzsə, yaxınlıqdakı onlarla evə keçmə ehtimalı yüksəkdir.

***
11:29

Maştağa qəsəbəsində maşın təmiri sexində başlayan yanğın artıq söndürülüb.

Bu barədə BakuPost.az-a FHN-nin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov məlumat verib: «Yanğın baş verən obyekt qaraj və təmir sexi kimi istifadə olunurdu. Yanğın baş verərkən qarajın içərisində avtomobil olub. 10:55-də yanğın söndürülüb. Yaxınlıqdakı həyət istisna olmaqla, yaşayış yerlərinə ziyan dəyməyib”.

 

Paylaş:
Загрузка...