DÜNYA XƏBƏRLƏR

Ben Ladenin oğlu qisasa hazırlaşır

Üsamə Ben Ladenin oğlu Əl Qaidənin yeni lideri olacaq.

Axar.az xəbər verir ki, xarici mətbuat orqanları Həmzə Ben Ladenin İŞİD-in süqutu ərəfəsində ortaya çıxaraq Əl Qaidəyə rəhbərlik edəcəyini iddia edib.

“CBS Nyus”a açıqlama verən ABŞ Dövlət Departamentinin rəsmisi Soufan Həmzə Ben Ladenin daha kiçik yaşlarından atasının yerini tuta biləcək potensiala sahib olduğunu bildirib. Soufanın sözlərinə görə, Həmzə Ben Ladenin əsas məqsədi atasının intiqamını almaqdır.

Qeyd edək ki, Həmzə Ben Laden ötən il yayılan səs yazısında Səudiyyə Ərəbistanına qarşı kəskin fikirlər səsləndirmiş, kral Salman bin Əbdüləziz əs-Səudu “ingilis casusu” adlandırmışdı.

Paylaş:
Загрузка...