CƏMİYYƏT XƏBƏRLƏR

Bodrumda 5.3 bal gücündə zəlzələ oldu

«Ölkə.Az» xəbər verir ki, «Kandilli» rəsədxanasının məlumatına əsasən 11:42 radələrində Pınarlıbelen-Bodrum səmtində zəlzələ olub.

Rəsədxana əvvəlcə zəlzələnin 5.1, sonra isə 5.3 bal gücündə olduğunu bildirib.

Zəlzələnin dərinliyi 1.6 km-dir.

«AFAD»-dan verilən məlumata əsasən Gökova sahillərində 3.4 bal gücündə başqa bir zəlzələ qeydə alınıb. Gecə saatlarında isə 4.3 bal gücündə yeraltı təkanlar hiss edilib. Zəlzələ 17.49 km dərinlikdə qeydə alınıb.

Paylaş:
Загрузка...