XƏBƏRLƏR

«Boyun nə fərqi var ki, belə də seksualam» — Fotolar

Los-Ancelesdə yaşayan Dryu Presta adlı model internet fenomeninə çevrilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 21 yaşlı Dryunun 1 metr boyu var.

Uşaqlıdan boyu balaca olduğu üçün lağa qoyulan Presta həvəsdən düşməyib, əksinə alt paltarı və çimərlik geyimləri ilə müxtəlif pozlarda çəkdirdiyi fotoları sosial mediada paylaşıb və məşhurlaşıb.

Dryu bəzi şirkətlərin diqqətini də cəlb edib və oan model kimi çalışmaq təklifləri gəlib.

Gənc qız bildirib ki, tez-tez şəkil paylaşaraq özü kimi boyu balaca olanlara dəstək olmağa çalışır.

«Boyun nə fərqi var ki, belə də seksualam» deyən Dryu özü kimi olan xanımları ruhdan düşməməyə və özlərini sevməyə çağırır.

Paylaş:
Загрузка...