XƏBƏRLƏR

Bu metro stansiyaların təmiri 15 sentyabrda başa çatacaq

Yeni tədris ili başlayanadək “Nizami” və “Neftçilər” metro stansiyalarının təmiri başa çatdırılacaq.

Bizimyol.info xəbər verir ki,bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev fins.az’a deyib.

O bildirib ki, hər iki metro stansiyada görülən işlər artıq yekunlaşmaq üzrədir. “Nefçilər” metro stansiyada keçidlər təmir olunub və orada aparılan işlər vestibülün təmiri ilə bağlıdır. Hazırda son tamamlanma işləri həyata keçirilir. Yeni tədris ili başlayanadək hər iki stansiyada işlər tam yekunlaşacaq.

Paylaş:
Загрузка...