CƏMİYYƏT XƏBƏRLƏR

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Axar.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

***

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun avqustun 8-də rəsmi qarşılanma mərasimi olub.

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib.

Prezident İlham Əliyev və Prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Türkmənistan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

***

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

***

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Paylaş:
Загрузка...