DÜNYA XƏBƏRLƏR

Jeff Bezos dünyanın ən varlı insanıdır

Amazon şirkətini quran Jeff Bezos Microsoft-un təsisçisi Bill Gates-i arxada qoyaraq Forbes nəşrinin reytinqinə görə dünyanın ən zəngin insanı tanınıb.

Panorama.az BBC Azərbaycana istinadən xəbər verir ki,Amazon səhmlərinin 2,3 faiz bahalaşması nəticəsində cənab Bezos-un şəxsi sərvətinin ümumi həcmi 2 milyard dollara yaxın artıb.

Online rejimdə yenilənən Forbes-un son rəqəmlərinə görə onun aktivlərinin dəyəri Bill Gates-in sərvətindən 1,4 milyard dollardan artıq olub.

Sonuncu dəfə Bill Gates ən zəngin adam adını ötən il əldən verib. O zaman zənginlər siyahısının üst sətirini qısa müddətə (iki günə) olsa da, Zara ticarət şəbəkəsinin yaradıcısı Amancio Ortega zəbt etmişdi.

Forbes jurnalı milyarderlər siyahısını ilk dəfə 1987-ci ildə çap edib. Amazon şirkətinin banisi onun üst sətirini tutan sayca 7-ci şəxs olub.

Amazon — dünyanın ən iri onlayn satış sistemidir.

«Gates xeyriyyəçiliyə bu qədər pul verməsəydi, Bezos dünyanın ən zəngin adamı adını heç vaxt qazana bilməzdi», — Forbes yazır.

2010-cu ildə Gates və investor Warren Buffett sərvətlərinin yarısını xeyriyyəyə yönəltmək çağırışı ilə «Giving Pledgе» kampaniyasına başlayıblar.

2016-ci ilin sonuna olan məlumata görə Bill Gates xeyriyyəyə 31 milyard dollardan artıq vəsait ayırıb. Bezos isə 2015-ci ilin sonunadək həmin məqsədlərə 100 milyon dollar yönəldib.

Paylaş:
Загрузка...