XƏBƏRLƏR Xüsusi

Polisə silah daşımağın qadağan olduğu, cəmi 23 məhkum olan ÖLKƏ

Bugün İslandiyanın müstəqillik günüdür.

Islandiya Atlantik okeanının şimal hissəsində yerləşən ada dövlətidir. İslandiya adasından və ətrafındakı bir neçə kiçik adalardan ibarətdir, ərazisi 103 min kv. km-dir.
Panorama.az bu ölkə haqqında maraqlı məlumatları təqdim edir:

İslandiya sakinlərinin 80%-i paronormal hadisələrə, elflərə, qomlara və trollara inanır.

İslandiya əhalisinin sayı 331918 nəfərdir. Onların da 170503 nəfəri qadın, 40121 nəfəri 18 yaşdan aşağı oğlanlar, 85670 nəfəri 35 yaşdan yuxarı kişilərdir.

Ölkədə 24775 nəfər artıq çəkidən əziyyət çəkir. 778 nəfər kit ovu ilə məşğul olur.

321 nəfər vulkanların aktivliyini müşahidə edir, 2856 nəfər qoyun dərisini qırxmaqla məşğul olur.

Ada dövlətdə 23 məhkum, 189 təkayaqlı, 265 gözdən əlil, 33 həkim, 16 aşpaz, 7 massajçı və 1 baş məşqçi var.

İslandiya dəmir yolu xətti olmayan azsaylı ölkələrdən biridir.

Ada dövlətində ordu yoxdur. Onun funksiyalarını qismən sahil mühafizəsi xidməti yerinə yetirir.

İslandiya dili son 100 ildə heç bir dəyişikliyə uğramayıb.

Ada yalnız IX əsrin əvvəllərində insanlar tərəfindən məskunlaşdırılıb.

Orta yaş həddi dünyada ən yüksək göstəricilərdən birinə malikdir: kişilərdə 81,3 il, qadınlarda isə 76,4 ildir.

Dünyada ən çox qeyzer İslandiyadadır. «Qeyzer” sözü ölkənin şimal-qərb hissəsində yerləşən və isti suyun fontan verdiyi Qeyzirdən götürülüb.

«Qeyzer» sözünün kökü isə «qeyza” – fontan vermək sözündən götürülüb.

İslandiyada polisə silah daşımaq qadağan edilib.

Ölkədə su şəffaf təmizliyə malik olduğu üçün filtrasiyadan keçmədən evlərə verilir.

İslandiya «Avroviziya”nın ən populyar olduğu ölkə sayılır.

İslandiyada ən populyar peşə sahələri rəssamlıq, musiqiçilik və dizaynerlik sayılır.

2009-cu ildə İslandiyanın baş naziri seçilən Yohanna Siqurdardottir homoseksual nikaha daxil olan ilk hökumət rəhbəri kimi tarixə düşüb.

Paylaş:
Загрузка...