XƏBƏRLƏR

Qan artıran qidalar — SİYAHI

Qanazlığı (anemiya) son vaxtlar ən çox rast gəlinən problemlərdəndir.

Panorama.Az axşam.az-a istinadən bu problemi aradan qaldırmaq üçün qan artıran qidaları təqdim edir:

1. Çuğundur — həm çiy, həm də bişmiş halda yemək olar. Salatını hazırlayıb yemək, şirəsini çəkib içmək ən yaxşı vasitədir.

2. Dəmirlə zəngin qidaları menyunuza daxil etməlisiniz. Portağal, yumurta, alma, toyuq, qaysı, kişmiş, göyərtilər, qırmızı ət, qaraciyər qanazlığının qarşısını alacaq.

3. Bir sıra vitaminlərin orqanizmdə çatışmazlığı qanazlığının səbəbi ola bilər. Məsələn, B9 vitamini çatışmazlığından qaynaqlanan anemiya ilə mübarizə aparmaq üçün qoz, fındıq, paxlalı bitkilər, yumurta sarısı yeyin. B12 ehtiva edən qabıqlı dəniz məhsulları, qızıl balıq, pendir, süd, yumurta, ət və qaraciyər həmin vitaminin orqanizmdə azalması nəticəsində meydana gələn qanazlığının çarəsi ola bilər.

4. Soya südü, itburnu çayı, qara üzüm, tut doşabı, kətan toxumu, arı balı, çiçək balı, balıq da qan artıran qidalar sırasındadır.

Paylaş:
Загрузка...