XƏBƏRLƏR

«Qarabağ»da 24 erməni əsgəri ölüb — Son 6 ayın statistikası AÇIQLANDI

Son 6 ayda Ermənistan Silahlı Qüvvələrinin 36 hərbçisi müxtəlif səbəblərdən ölüb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaşı Assamlbleyasının Vanadzor ofisi məlumat yayıb.
Bildirilib ki, 2017-ci ilin yanvar-iyun aylarında Ermənistan Silahlı Qüvvələrinin 23 müddətli və 13 müddətsiz hərbçisi ölüb. Onların 12 Ermənistanda, 24-ü isə Azərbaycanın işğal altında olan torpaqlarında ölüblər.
Məlumata görə, 6 ölüm hadisəsi bədbəxt hadisə  (yol qəzası, zəhərlənmə), 6-sı intihar, 4-ü isə səhhətində yaranan problem nəticəsində baş verib. 16 erməni hərbçisi isə Ermənistan atəşkəs rejimini pozması nəticəsində zərərsizləşdirilib.
Ermənistan hakimiyyəti bu ölümlərdən 34-ü haqqında rəsmi olaraq açıqlama verib. Ofis qalan iki hadisə barədə Ermənistan KİV-dən məlumat əldə etdiyini bidlirib.
Qeyd edək ki, Ermənistan hakimiyyəti əhalinin etimadını itirməmək, onların qəzəbindən qorxduğu üçün istər döyüş, istərsə də qeyri-döyüş şəraitində ölən hərbçilərinin sayını gizlədir. Adı çəkilən qurumun ölən iki hərbçi haqqında məlumatı qeyri-rəsmi mənbədən əldə etməsi sübut edir ki, reallıqda isə Ermənistan ordusunun itkilərinin sayı daha çoxdur.

Paylaş:
Загрузка...