DÜNYA XƏBƏRLƏR

Rusiyanın hərbi hava qüvvələri Suriyada 50 il qalacaq

Rusiyanın hərbi hava qüvvələri Suriyadakı Xmeymim bazasında daha 50 il qalacaq.

Rusiyanın hərbi hava bazası Suriyanın Latakiya bölgəsində daha 50 il fəaliyyət göstərəcək. Sputnik Azərbaycan bu barədə «İndependent«-ə istinadən xəbər verir.

Məlumata görə, Rusiya ilə Suriyadakı Bəşər Əsəd rejimi arasında cari ilin yanvarında bağlanan müqavilə Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanıb.

Sənədə əsasən Rusiyanın hərbi hava qüvvələri Suriyadakı Xmeymim bazasında daha 50 il qalacaq. İki ölkə arasında razılaşdırılan sənədi Rusiya Dövlət Duması da təsdiqləyib.

 

Paylaş:
Загрузка...