CƏMİYYƏT XƏBƏRLƏR

Sabah 40 dərəcə isti olacaq

Avqustun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı, zəif şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir.

Virtualaz.org Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən bildirir ki, havanın temperaturunun yarımadada gecə 23-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 36-38° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28°, Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, hava şəraitinin yağmursuz olacağı, zəif şərq küləyi əsəcəyi gözlənilir.

Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 15-20°, gündüz 28-33° isti olacaq.

Paylaş:
Загрузка...