XƏBƏRLƏR

Sabah Bakıda 19 dərəcə isti olacaq

Noyabrın 5-də Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz, səhər bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə  7-10° isti, gündüz  15-20° isti, Bakıda gecə  7-9° isti, gündüz  17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765  mm civə sütunundan 769 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 45-50% olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10° isti, gündüz  17-22° isti, dağlarda gecə 0-5° isti, gündüz  8-13° isti olacağı gözlənilir.

Paylaş:
Загрузка...