CƏMİYYƏT XƏBƏRLƏR

Su kanalında boğulan gəncin qohumları Bakı-Qazax magistral yolunu bağladılar — FOTOLAR

Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb.

Musavat.com-un əməkdaşı xəbər verir ki, yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb.

Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib.

Mərhumun əmisi oğlu dedi ki, 200-ə yaxın adam axtarışa başlayıb: «Amma suyun qabağı kəsilməsə, tapa bilməyəcəyik. Yalvarıram, kömək edin!»

Hadisə yerinə çoxsaylı vətəndaşlar gəlib.

Musavat.com-un əməkdaşı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra yol açılıb və hərəkət bərpa olunub.

Paylaş:
Загрузка...