CƏMİYYƏT XƏBƏRLƏR

Xəzər dənizinin sahilində meyit tapıldı

«Panorama.az»-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü Məmmədov Azadın cəsədini sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
Загрузка...