SİYASƏT

Ərdoğan «Qarabağ» məsələsindən DANIŞDI: «Putinlə şəxsən görüşüb müzakirə edəcəm»

Azərbaycanda Bakı-Tbilis-Qars dəmiryolunu açan Ərdoğan geri qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

“A24.az” bildirir ki, sözünə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini vurğulamaqla başlayan Ərdoğan “Bəzi güclərin bu kimi layihələrlə bağlı nə düşündüyü bizi maraqlandırmır. Bizi etdiyimiz işlər maraqlandırır” deyə qeyd edib:

“TANAP ilə Avropanın təbii qaza və neftə olan ehtiyacını, inşallah biz verəcəyik. Digər ölkələrlə dəmir yollarımızı hazırlayıb doğru bildiyimiz yolda irıliləyəcəyik. Türkiyədən Qazaxıstan dəmir yolu xəttini tamamladıq. Londona qədər davam etdirilməsi əsas məsələdir. İstər sərnişin, istərsə də yük daşınmasında yeni çatdırılma xətti yaranır. Bundan başqa Azərbaycan ilə 6 müqavilə imzaladıq” deyən Ərdoğan bir-bir onları sadalayıb.

“Enerjini çıxmaqla 1,6 milyard dollarlıq ticarət həcmimizi 5 milyard dollara qaldırmaq hədəfimizdir. 2018-ci ildə Qafqaz İslam Ordusunun yaranmasının 100-cü ildönümünü birlikdə qeyd edəcəyik. Dağlıq Qarabağ üçün Azərbaycanın yanında olmaqda davam edəcəyik. Hörmətli Putin ilə bu məsələni şəxsən müzakirə edəcəyəm. Çünki həqiqətən də bu işin üstünə düşülsə, nəticə almaq daha da asanlaşacaq. Bakıda Ziraat Bankı Azərbaycan baş ofisinin açılışını etdik. “Dünyagöz”ün Azərbaycanda yeni xəstəxanasının açılışı oldu. Naxçıvandan 120 milyon dollarlıq qida idxal ediləcək”.

Paylaş:
Загрузка...