SİYASƏT

Ərdoğandan Putin və Trampa sərt mesaj : “Suriyada güc güləşinə çıxmayın

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ prezidentlərinə sərt ismarıc göndərib. AKParti üzvləri qarşısında çıxış edən dövlət başçısı bu gün Amerika və Rusiya  prezidentləri ilə telefon söhbəti edəcəyini bildirib.

“Mən hər iki tərəfə bildirmək istəyirəm. Suriya ərasizində güc göstərməkdən, güc güləşinə çıxmaqdan əl çəkin. Mən Əsədi dəstəkləyən güclərin də, eyni zamanda Suriya ərazisində PYD-ni, terrorçu  gücləri dəstəkləyən Amerikanın da fəaliyyətinə qarşı çıxdığımı dəfələrlə bəyan eləmişəm. Bildirmək istəyirəm, bizim Rusiya, İran və Çinlə əməkdaşlığımız Avropa ilə əməkdaşlığımıza alternativ deyil, əksinə, bu əməkdaşlığın davamıdır. Biz nə starteji müttəfiqimiz olan Rusiyadan, nə də regional problemləri birgə çözməyə çalışdığımız İranla əməkdaşlıqdan əl çəkmək niyyətində deyilik. Biz eyni zamanda Suriyadan bizə qarşı terror yuvası kimi istifadə edilməsinə də imkan verməyəcəyik”,- deyə Ərdoğan bildirib.

/ Bizimyolinfo.com

Paylaş:
Загрузка...