SİYASƏT

Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin birgə təlimi başlayıb

Azərbaycan, Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin “Eternity-2017” (“Sonsuzluq-2017”) neft və qaz əsas ixrac boru kəmərlərinin mühafizəsinə həsr olunan birgə təlimi başlayıb.

Bu barədə “AzeriDefence” Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verib.

“Eternity-2017” kompüter dəstəkli komanda-qərargah təlimi Gürcüstanın Təlim və Qiymətləndirmə Mərkəzində (NTE) keçirilir. Gürcüstan və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəhbərliyi altında aparılan təlimin məqsədi Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin (BTC) mühafizəsinin gücləndirilməsində strateji əməkdaşlığın təmin edilməsidir.

Təlimdə ixrac boru kəmərinin böhran vəziyyətlərdə mühafizəsi üçün əməliyyatların ssenarisi nəzərdən keçirilir.

Simulyativ xarakterli “Eternity-2017” təlimləri sentiyabrın 29-dək davam edəcək.

Paylaş:
Загрузка...