SİYASƏT

Azərbaycanın müstəqilliyinin əleyhinə səs verənlər — SİYAHI

Bu gün Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin 26-cı ildönümüdür.

26 il öncə — 1991-ci ilin bu günü Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Bərpası haqqında» Konstitusiya Aktını qəbul edib.

O zaman Dövlət Müstəqilliyimizin lehinə Ali Sovetin 360 deputatından 258-i səs verib. 31 deputat Azərbaycan Respublikasının Dövlət müstəqilliyinin əleyhinə səs verib. Digərləri isə iclasa qatılmayıb.

«Qaynarinfo» Dövlət Müstəqilliyimizin əleyhinə səs verənləri təqdim edir:

1. Arif Rəhimzadə — deputat

2. Yaşar Əliyev — Azərbaycanın Çindəki sabiq səfiri

3. Abbas Abbasov — baş nazirin sabiq birinci müavini

4. Fikrət Sadıqov — «Azərkimya» DŞ-nin keçmiş prezidenti

5. Samur Novruzov — sabiq deputat, vəfat edib

6. Eldar İbrahimov — deputat, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri

7. Şaitdin Əliyev — sabiq deputat, MSK üzvü

8. Gülnarə Qurbanova — sabiq deputat

9. Mixail Zabelin — deputat

10. Sultan Məmmədov — sabiq deputat, biznes fəaliyyətilə məşğuldur

11. Zeynəb Xanlarova — Xalq artisti, deputat

12. Madər Musayev — deputat

13. Yaşar Rzayev — sabiq deuptat, Lənkəranın keçmiş icra başçısı

14. Gennadi Timoşenko — sabiq deputat

15. Həsən Həsənov — keçmiş baş nazir və xarici işlər naziri, Polşadakı səfir

16. Əli Həsənov — Baş nazirin müavini, «Qaçkınkom»un sədri

17. Şair Həsənov — Tikinti və Arxitektura Komitəsinin sabiq sədri, keçmiş nazir

18. İrşad Əliyev — sabiq kənd təsərrüfatı naziri, Beyləqanın keçmiş icra başçısı

19. Əhməd Əhmədzadə — Su və Meliorasiya komitəsinin sədri

20. Aslan Süleymanov — sabiq deputat

21. Arif Ağayev — Yasamal və Samuxun keçmiş icra başçısı

22. Şamil Həsənov — Ağcəbədinin keçmiş icra başçısı

23. Sahib Əkbərov — Kəlbəcərin sabiq icra başçısı

24. Tapdıq Kamalov — sabiq deputat

25. Rüfət Əsədov — Nazirlər Kabinetində sabiq şöbə müdiri

26. Tofiq Bağırov — Cəlilabadın keçmiş icra başçısı

27. Arif Mövsümov — Nazirlər Kabinetində sabiq şöbə müdiri, vəfat edib

28. Cahangir Hüseynov — sabiq deputat

29. Mirhəmzə Əfəndiyev — Belçikadakı sabiq səfir

30. Telman Orucov — Sabiq deputat

31. Çingiz Sadıqov — sabiq deputat, vəfat edib

 

Paylaş:
Загрузка...