SİYASƏT

Bakıdan uçan təyyarə Yerevanda təlaşa səbəb olub

Bakıdan Yerevana uçan və göyərtəsində Aİ-nin siyasət və təhlükəsizlik komitəsinin nümayəndələri olan təyyarə Ermənistanda təlaş yaradıb.

Oxu.Az-ın News.am-a istinadən məlumatına görə, nümayəndə qrupu Bakının Heydər Əliyev hava limanından çarter reysi ilə Yerevanın “Zvartnoç” aeroportuna uçub.

Bununla əlaqədar “Zvartnoç”un saytında Bakıdan gələn təyyarə barədə elan yerləşdirilib. Bu elan erməni cəmiyyəti və KİV-də geniş müzakirələrə səbəb olub.

Qeyd edək ki, Aİ-nin siyasət və təhlükəsizlik komitəsinin üzvləri Bakıda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarovla görüşdükdən sonra Yerevana yola düşüblər.

Paylaş:
Загрузка...