SİYASƏT

Bu sürücülərin xüsusi imtiyazları ləğv edildi — Prezidentdən SƏRƏNCAM

Prezident İlham Əliyev «Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanının ləğv edilməsi barədə Fərman imzalayıb.
Panorama.az-ın məlumatına görə, Fərmanda aşağıdakılar göstərilib:
«Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
«Şəhər elektrik nəqliyyatının sürücülərinə pensiyaya vaxtından tez çıxmaq hüququ verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 11 noyabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991, № 21-22, maddə 398) ləğv edilsin».
Paylaş:
Загрузка...