SİYASƏT

Ermənilər Ağdamın Şahbulaq daşını Rusiyaya satır — Növbəti erməni həyasızlığı…

Moderator.az xəbər verir ki, Rusiya mətbuatına geniş müsahibə verən tanınmamış Dağlıq Qarabağ Respubliksının dövlət naziri Araik Arutunyan əsas iqtisadi gəlir sahələrindən danışanda Ağdamın Şahbulaq daşına Rusiyada böyük tələbat olduğunu,  çətinliklə olsa da bu tikinti materialını Rusiyaya çatdırdıqlarını və böyük gəlir əldə etdiklərini deyib. 
Ermənilər Ağdamda (işğalıçılar Akna adlandırır)  geniş taxıl sahələri olduğunu, ümumiyyətlə 2017-ci ildə 160 min ton taxıl tədarük etdiklərini söyləyib. Düşmən  Dağlıq Qarabağ ətrafında işğal etdikləri əraziləri də heç vaxt qaytarmayacaqlarına o qədər əmindirlər ki, təkcə Ağdamda 5000 hektar ərazidə bağçılıq təsərrüfatı yaratdıqlarını da  fəxrlə qeyd edib.
Erməni nazir Sərsəng HES-in hesabına artıq enerji tələbatlarını tam ödədiklərini, gələcəkdə isə 800 milyon KV.saat enerji istehsal edib satmağı planlaşdırdıqlarını deyib.
Təəssüf ki, 2016-cı ilin aprelində  bu elektrik stansiyasının ələ keçirməyin bir addımlığında olmağımıza baxmayaraq əməliyyat sonadək başa çatdırılmadı.
Kəlbəcər ərazisində işğalçılar 2017-ci ildə 4 milyon ton mis filiz çıxarıb 20 min ton təmiz mis əldə ediblər.
Dağlıq Qarabag ətrafındakı təbii sərvətlərin hesabına yaşayan erməni işğalçıların xarici bazarı da Rusiyadır. Bəzi məhsulların üzərinə “Qarabağda hazırlanıb” yazılsa da Rusiya dövlət gömrük sistemi buna göz yumur.
Paylaş:
Загрузка...