SİYASƏT

Fransa XİN: Dağlıq Qarabağı tanımırıq

Bizim mövqeyimiz aydındır. Biz Dağlıq Qarabağı tanımırıq.

Bunu Fransanın Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər.

Fransa XİN-dən bu ölkənin Azərbaycandakı səfirliyi vasitəsilə bildirilir ki, hökumət Alforvil bələdiyəsi tərəfindən imzalanan «xartiya»ya riayət etməyə məcbur deyil.

Xatırladaq ki, bir neçə gün əvvəl Fransanın Alforvil kommunası ilə Ermənistanın işğalı altında olan Azərbaycanın Laçın rayonu arasında «dostluq xartiyası» imzalanıb. Tədbirdə Alforvil meri Mişel Gerşinovitz, Ara Torayan, deputatlar, bələdiyyə üzvləri, Ermənistanın Parisdəki səfiri, Dağlıq Qarabağ separatçılarının Fransadakı «daimi nümayəndəsi» Hovanes Gevorkyan və Laçının «meri» Artyom Sarıbekyan iştirak ediblər. (trend)

Paylaş:
Загрузка...