SİYASƏT

İlham Əliyev Astanaya gəldi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərinə gəlib.

Virtualaz.org “Kazinform”a istinadən xəbər verir ki, hava limanında Azərbaycanın dövlət başçısını Qazaxıstanın baş nazirinin müavini Yerbolat Dosayev və Astana hakiminin müavini Kosman Aytmuhametov qarsalayıblar.

Xəbər verdiyimiz kimi, sentyabrın 10-11 tarixlərində Astanadakı Müstəqillik sarayında ölkə prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə tarixdə ilk İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv ölkələrdən 80-ə yaxın nümayəndə heyətinin iştirakı gözlənilir. Həmçinin burada müşahidəçi ölkələrdən, beynəlxalq və regional təşkilatlardan təmsilçilər olacaq.

Bundan əlavə, sentyabrın 10-da Astanada beynəlxalq ixtisaslaşdırılmış EXPO-2017 sərgisinin təntənəli bağlanış mərasimi keçiriləcək.

Paylaş:
Загрузка...